Heydər Əliyev Mərkəzində 20 yanvar- Ümumxalq Hüzn gününə həsr olunmuş tədbir keçirilib
Yanvarın 19-da Yasamal rayon Heydər Əliyev Mərkəzində 20 yanvar- Ümumxalq Hüzn gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova, AMEA-nın Fəlsəfə İnstitunun İslam fəlsəfəsi şöbəsinin müdiri, professor Könül Bünyadzadə, Bilik Fondunun əməkdaşları Ramilə Qurbanlı, Elnarə Əliyeva və Fondun “Tariximizi öyrənək və öyrədək” klubunun, “Gənc Jurnalistlər” klubunun üzvləri, Pedoqoji Kollecin tələbələri, asan könüllülər, 53 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən natiqlər 20 yanvar faciəsininin tarixindən geniş bəhs ediblər.
Sonda tədbir iştirakçılarının iştirakı ilə mövzü ətrafında müzakirələr aparılıb.