Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Qanlı Yanvar” adlı şeir müsabiqəsi keçirilib
Yanvarın 15-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Suraxanı rayon Heydər Əliyev Mərkəzində 20 yanvar şəhidlərinin ildönümünə həsr olunmuş “Qanlı Yanvar” adlı şeir müsabiqəsi keçirilib.
Müsabiqə Suraxanı rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil edilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlanıb.
Sonra Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev Mərkəzinin baş elmi işçisi Z. Hacıyeva “20 Yanvar xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda geniş məruzə ilə çıxış edib.
Müsabiqə qalibləri Mərkəzinin fəxri fərmanları ilə təltif olunublar.