Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
Dekabrın 28-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbində “Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr edilmiş konsert keçirilib.
Konsertdə məktəbin fortepiano, orkestr alətləri və xalq çalğı alətləri şöbələrinin şagirdləri müvəffəqiyyətlə iştirak edib.
Proqrama Azərbaycan və xarici bəstəkarlarının əsərləri, xalq mahnı və rəqsləri daxil olub.
Şagirdlər solo, ansambl nömrələri ilə çıxış edərək dinləyicilərin rəğbətini qazanıblar.
Konsert yuxarı sinif şagirdlərinin xor kollektivinin çıxışı ilə tamamlanıb.