17 nömrəli uşaq musiqi məktəbində “Səhnəyə ilk addım” adlı konsert keçirilib
Dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə 17 nömrəli uşaq musiqi məktəbində I sinif şagirdlərinin “Səhnəyə ilk addım” adlı konserti keçirilib.
Konsertdə şagirdlər 3 ay müddətində öyrəndikləri əsərləri böyük məharətlə ifa ediblər.
Hər iştirakçıya çıxışdan sonra bayram hədiyyəsi təqdim edilib.
Konsertin sonunda məktəbin direktoru A. Babazadə çıxış edərək qonaqları, müəllim və şagirdləri Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə təbrik edib, onlara can sağlığı, uzun ömür və yeni ildə yeni uğurlar əldə etmələrini arzulayıb.