Nərimanov rayon MKS-in Mərkəzi kitabxanasında yeni il münasibəti ilə "Qış nağılı" adlı tədbir keçirilib
Dekabrın 26-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Nərimanov rayon MKS-in Mərkəzi kitabxanasında yeni il münasibəti ilə "Qış nağılı" adlı tədbir keçirilib.
Şənlikdə "Sehirli aləm" uşaq bağçasının uşaqları iştirak edib.
Tədbir zamanı uşaqlar üçün yeni ilə, qış fəslinə həsr edillmiş cizgi filmləri nümayiş etdirilib.
Sonda uşaqlar şən musiqi sədaları altında rəqs edərək əyləniblər.