Sabunçu rayon MKS-nin1 saylı filialında “Satirik şeirimizin banisi- Sabir” adlı tədbir keçirilib
Dekabrın 5-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Sabunçu rayon MKS-nin1 saylı filialında M.Ə.Sabirin 115 illik yubileyinə həsr olunmuş “Satirik şeirimizin banisi- Sabir” adlı tədbir keçirilib.
Tədbirdə Füzuli rayon 5 saylı tam orta məktəbin şagirdləri iştirak edib.
İlk öncə tədbirin aparıcısı inqilabi satirik şeirimizin banisi və bayraqdarı M.Ə.Sabir Tahirzadə Şirvaninin həyat və yararadıcılığı haqqında geniş məlumat verib.
Şagirdlər Hophopnamədən “Əkinçi”, “Cütcü”, “Qorxuram” və s. şeirlərini söyləyib, “Qarğa və tülkü” satirik şeiri səhnəcik şəklində təqdim ediblər.
Şagirdlər tar və qavalda bir neçə xalq mahnısını ifa ediblər.
Sonda tədbir iştirakçıları M.Ə.Sabirə həsr olunmuş sərgiylə tanış olublar.