Sabunçu rayon MKS-nin 2 saylı filialında "QiÇS-lə mübarizə aparaq!" adlı sərgi təşkil olunub
Dekabrın 1-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Sabunçu rayon MKS-nin 2 saylı filialında "QiÇS-lə mübarizə aparaq!" adlı sərgi təşkil olunub.
Tədbirdə 10 saylı peşə məktəbinin şagirdləri iştirak edib.
Abonement bölməsinin müdiri S.Əliyeva çıxış edərək bəşəriyyəti narahat edən məsələlərdən biri olan QİÇS barədə, onun insanların həyatı üçün zərərlərindən bəhs edib.
Sonda şagirdlər arasında bu mövzu ətrafında müzakirələr aparılıb.