az
Bütün xəbərlər

3 nömrəli uşaq incəsənət məktəbində Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

28-11-2017, 15:50
3 nömrəli uşaq incəsənət məktəbində Tofiq Quliyevin  100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib


Noyabrın 28-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 3 nömrəli uşaq incəsənət məktəbində Azərbaycan estrada musiqisinin yaradıcılarından, dahi bəstəkar Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Nəzəriyyə şöbəsinin müəllimi Ü.Hüseynova bəstəkarın məhşur əsəri "Bakı haqqında mahnı"nın müşaiyəti ilə T.Quliyevin Azərbaycan musiqisində özünəməxsus iz qoymuş ömür səhifəsindən söz açıb.

Tədbirdə bəstəkarın sevimli mahnılarından "Əziz dost", "İlk bahar", "Məzəli mahnı" kimi əsərləri məktəb şagirdləri tərəfindən ifa olunub, "Görüş", "Ögey ana", "Bəxtiyar" kinofilmlərindən səhnələr göstərilib.

Fortepiano şöbəsinin şagirdləri "Cəmilənin albomu" məcmuəsindən pyeslər ifa edib.


baku-art.az


3 nömrəli uşaq incəsənət məktəbində Tofiq Quliyevin  100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

3 nömrəli uşaq incəsənət məktəbində Tofiq Quliyevin  100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

3 nömrəli uşaq incəsənət məktəbində Tofiq Quliyevin  100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

3 nömrəli uşaq incəsənət məktəbində Tofiq Quliyevin  100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

3 nömrəli uşaq incəsənət məktəbində Tofiq Quliyevin  100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Oxunma sayı : 276