Səbail rayon MKS-nin 3 saylı filialı “Məktəblinin kitab klubu” layihəsi çərçivəsində tədbir keçirib
Noyabrın 24-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail rayon MKS-nin 3 saylı filialı 203 saylı tam orta məktəbdə “Məktəblinin kitab klubu” layihəsi çərçivəsində tədbir keçirib.
İlk olaraq şagirdlərə Azərbaycan klassik ədəbiyyatının nümayəndələrindən olan İmadəddin Nəsimi “Seçilmiş əsərləri” I cild, Nizami Gəncəvi “Xosrov və Şirin” və Molla Pənah Vaqifin “Seçilmiş əsərləri” haqqında geniş məlumat verilib.
Sonda kitabxananın əməkdaşları S.İbrahimova və N.Məmmədova şagirdlərlə Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərinin müzakirəsini keçirib.