az
Bütün xəbərlər

Kamandar Şərifovun yubileyi qeyd olunub

1-02-2010, 15:07
Kamandar Şərifovun yubileyi qeyd olunub

Milli Elmlər Akademiyasının M.Füzuli adına əlyazmalar institutunda tanınmış tekstoloq, ərəb əlyazmalarının tədqiqatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Kamandar Şərifovun 70 illik yubileyinə həsr edilmiş gecə keçirilib.

Tədbirdə İnstitutun direktor müavini, filologiya elmləri namizədi Paşa Kərimov «K. Şərifov – həyat və yaradıcılıq yolu» adlı məruzə ilə çıxış edib.

Tədbirdə iştirak edənlər Kamandar Şərifovun işlərinin qədim dünya ədəbi irsinin müasir nəslə çatdırılmasında mühüm rol oynadığını qeyd etdilər.

baku-art.az
Oxunma sayı :