az
Bütün xəbərlər

Heydər Əliyev adına muzey

2-07-2009, 10:08
Qaradağ rayonunda yerləşən H. Əliyev adına muzeyin tikintisinə 2006-ci ilin aprel ayında başlanılmış, tərtibat, tamamlanma işləri isə 2007-ci ilin fevral ayında başa çatmışdır. Muzeyin açılışı 14 iyun 2008-ci ildə həyata keçirilib. Muzeyin yaradılmasında əsas məqsəd Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin irsini və çoxşaxəli siyasətini gənc nəsillərə dolğun şəkildə çatdırmaq və təbliğ etməkdir. Muzeyin nəzdində 19 nəfərdən ibarət tədqiqat qrupu yaradılmışdır. Bu qrupun başlıca vəzifəsi Qaradağ rayonu ilə əlaqədar olaraq Heydər Əliyevin tarixi fəaliyyətini daha geniş, əhatəli şəkildə araşdırmaqdan ibarətdir. Muzey 3 otaqdan ibarətdir. H. Əliyev adına muzeydə 195 ədəd fotoşəkil, 94 ədəd kitab, 9 ədəd H. Əliyevin həyat və fəaliyyətini əks etdirən disk var. Muzeydə həmçinin Heydər Əliyevin bürünc heykəli də vardır ki, bu heykəlin müəllifi heykəltəraş Natiq Əliyevdir.

Heydər Əliyev adına muzey


Heydər Əliyev adına muzey


Heydər Əliyev adına muzey


Heydər Əliyev adına muzey


Heydər Əliyev adına muzey
Oxunma sayı :