az
Bütün xəbərlər

Əzim Əzimzadənin ev-muzeyi

2-07-2009, 10:05
Ə. Əzimzadənin ev-muzeyi 1968-ci ildə Bakıda yaradılmışdır. Muzey D. Əliyeva küç. 157-də yerləşir. Muzeyin fondunda rəssamın 2000 eksponatı qorunub saxlanılır. Ə. Əzimzadə ev-muzeyinin ekspozisiyası 6 otaqdan ibarətdir. Burada rəssamın 4 üslubda çəkdiyi əsərlər nümayiş etdirilir:

1. Karikaturalar
2. Portretlər
3. Ornamentlər
4. Mənzərə

Ə. Əzimzadənin R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət muzeyində 232 əsəri, 3 albomu vardır. C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində isə rəssama aid 499 ədəd eksponat saxlanılır. Muzeyi rəssamın çəkdiyi “Füzulinin portreti”, “Cəlaləddin Ruminin portreti”, “Qaçqınlar günü”, “Tut ağacı”, “Nəsiminin edamı”, “Votan”, “Qurban bayramı” və. s. rəsmləri bəzəyir.


Əzim Əzimzadənin ev-muzeyi


Əzim Əzimzadənin ev-muzeyi


Əzim Əzimzadənin ev-muzeyi


Əzim Əzimzadənin ev-muzeyi


Əzim Əzimzadənin ev-muzeyi
Oxunma sayı :