az
Bütün xəbərlər

Maş çöçəsi (Naxçıvan mətbəxi)

14-08-2017, 10:00
Maş çöçəsi (Naxçıvan mətbəxi)

Ərzaqlar:
un 500 qr
1 yumurtanın sarısı
süd 250 ml
ilıq su 50 ml
10 qr quru maya
duz
kərə yağı ərinmiş 40 qr
şəkər tozu 40 qr

İçlik üçün lazım olan ərzaqlar:
400 qr maş
1 baş quru soğan
2 x/q ərinmiş yağ
duz-istiot

Hazırlanma qaydası:
50 ml ilıq su ilə mayadan opara hazırlayırıq 15 dəq qoyuruq kənara ki maya tam həll olsun.Sonra unu ələyirik ortada çüxür açırıq.Oparanı, südü, duz, yumurtanın sarısını,yağ və şəkəri əlavə edib xəmir yoğururuq.Xəmiri bir kənara isti yerə qoyuruq ki xəmir gəlsin.Sonra içlik hazırlayırıq.Maşı qaynadırıq,ətçəkən maşından keçirdirik duz istiot vururuq. Yağ soğan edib maşın üzərinə əlavə edib qarışdırırıq və içlik hazırdır.

Sonra qalxmış xəmirdən balaca kündələr edib içinə peraşki kimi içlik qoyuruq və üzərinə yumurta sarısı çəkib 180 dərəcə öncədən isidilmiş sobada bişiririk.Üzəri qızaranda hazır olur.Nuş olsun.
baku-art.az
Oxunma sayı : 458