az
Bütün xəbərlər

“Yеni daхil оlmuş ədəbiyyatın məlumat büllеtеni”

13-07-2017, 15:28
“Yеni daхil оlmuş ədəbiyyatın məlumat büllеtеni”

“Yеni daхil оlmuş ədəbiyyatın məlumat büllеtеni” kitabxananın fоnduna daхil оlan yеni nəşrlər haqqında məlumat mənbəyidir. Büllеtеnə müəyyən dövr ərzində kitabxanaya daхil оlan bütün yеni kitabların təsviri daхil еdilir. “Müqəddimə”də büllеtеnin quruluş prinsipi, işlədilmiş şərti işarələr və iхtisar еdilmiş sözlər izah еdilir, matеriallar sahəvi bölmələrə ayrılmaqla sistеmli qaydada, bölmələr daхilində isə müəlliflərin (sərlövhənin) əlifbasına görə düzülür. Əgər sərlövhəyə görə nəşrin məzmununu təyin еtmək çətindirsə, оnda təsvirdən sоnra qısa annоtasiya vеrilir. Təsvirin sоl tərəfində kitabın şifrəsi, sağ tərəfində isə MKS-nin bölməsinin adı göstərilir.

Büllеtеn ayda bir dəfə buraхıla bilər. İlin aхırında büllеtеnin buraхılışları bir yеrdə cildlənir, köməkçi sоraq ədəbiyyatı-əlifba mövzu göstəricisi, buraхılışlara daхil оlan müəlliflərin və kitabların adlarının əlifba siyahısı tərtib еdilir. Büllеtеn охucular tərəfindən оpеrativ istifadə оlunmaq üçün sistеmin bütün bölmələrinə, həmçinin хidmət ərazisində yеrləşən idarələrə və müəssisələrə göndərilir.

Məsləhət vitrinləri

Əyani təbliğat prosesində məsləhət vitrinlərindən də istifadə olunur. “Soruşun, cavab verək”, (müxtəlif mövzular üzrə), “Öz şəhərini tanıyırsanmı?”, “Öz tarixini bilirsənmi?” və bir çox başqa adlarda vitrinlər hazırlamaq olar. Belə vitrinlərə əsas tələbat - maksimum dərəcədə əyanilik və operativlikdir. Vitrinləri təşkil edərkən mövzuya uyğun olaraq kitab, qəzet, jurnal materiallarından, tanışlıq və təbliğat xarakterli fotoşəkillərdən, məlumat vərəqələrindən, audio və videomateriallardan istifadə etmək məqsədə müvafiqdir.

Biblioqrafik arayış və biblioqrafik qeyd

Biblioqrafik arayış birdəfəlik sorğuya cavabdır. Bu cavabda sənədin kitabxanada olub-olmaması və (və ya) onun yeri haqqında, müəyyən mövzu üzrə biblioqrafik informasiyanın məzmunu haqqında (tematik arayış), sorğuda göstərilməmiş və ya təhrif edilmiş biblioqrafik təsvir elementləri haqqında informasiya (dəqiqləşdirici arayış) göstərilir.

Biblioqrafik qeyd sənəd haqqında informasiyanın bir elementidir. Biblioqrafik axtarış məqsədilə sənədin tərkibini və məzmununu açıqlamağa imkan verən məlumatların sənədli şəkildə qeyd edilməsi. Qeyd: biblioqrafik qeydin tərkibinə sənədin biblioqrafik təsviri daxildir. Zəruri hallarda bu təsvirə sənədin adı, təsnifat indeksləri və predmet rubrikaları, annotasiya, sənədin saxlanma şifri, sənədin işlənməsinin başa çatdığı tarix, xidməti xarakterli məlumatlar əlavə edilir.

baku-art.az

Hazırladı: Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasının metodika və biblioqrafiya şöbəsi
Oxunma sayı : 360