az
Bütün xəbərlər

Mətbuatımızdan xahiş edirəm ki, məni bəstəkar adlandırmasınlar

1-07-2009, 16:11
Mətbuatımızdan xahiş edirəm ki, məni bəstəkar adlandırmasınlar


Elza Seyidcahanın verdiyi məlumata görə, o xalq artisti, bəstəkar Arif Məlikovun tələbəsi olmasına baxmayaraq bəstəkar titulundan imtina edir və mətbuatımızdan xahiş edir ki, onu bəstəkar adlandırmasınlar:

“İki-üç mahnı bəstələyən müəllif efirə çıxıb özünü bəstəkar adlandırdıqda çox əsəbiləşirəm. Axı bəstəkar böyük sözdür. Əgər sən bəstəkarsansa, onda Üzeyir Hacıbəyli və Qara Qarayev kimdir? Düzdür, Ələkbər Tağıyev kimi istisnalar da olur. O, prokuror idi və eyni zamanda da geniş ürəyə sahib olan bir şəxsiyyət idi. Ələkbər Tağıyev nəğməkar bəstəkar hesab olunur. Bugünkü nəğməkar bəstəkarlar isə özünü doğrultmamış ambisiyaları ilə insanı özündən çıxarmağı bacarır”.

Bundan başqa Elza xanım onu da əlavə etdi ki, ona artıq ifa etdiyi mahnılara görə qibtə olunası qonorarlar da təklif edirlər:

“Mənə dəfələrlə müraciət edib, artıq ifa etdiyim mahnıları satmağa görə yaxşı qonorarlar təklif edirlər, lakin bu mahnıları bir daha ifa etməmək şərtilə. Amma mən əlbəttə ki, bu təkliflərə razılaşmıram. Bu ondan xəbər verir ki, mənim mahnılarıma böyük tələbat var, amma bu o demək deyil ki, mən özümü bəstəkar adlandırmalıyam. Ona görə də mətbuat işçilərinə mənə bundan sonra müğənni kimi müraciət etmələrini xahiş edirəm”.

Sevinc İsmayıl
Oxunma sayı :