az
Bütün xəbərlər

Zoğallı döşəmə plov

23-05-2017, 17:16
Zoğallı döşəmə plov

Düyü – 600 qram
Toyuq – 1 ədəd
Baş soğan – 1 ədəd
Zoğal – 150 qram
Lavaş – 5 ədəd
Kərə yağı – 50 qram
Duz, istiot – zövqə görə

Hazırlanması:

Düyünü qaynadılmış duzlu suda bir qədər bişirib süzün. Toyuğu tikələrə bölün, duzlu suda pörtlədin, zoğalın çəyirdəyini çıxardın. Soğanı çox xırda doğrayın, üstünə zoğalın bir hissəsini, duz və istiotu əlavə edib yaxşıca qarışdırın. Və toyuq parçalarına çəkin. Yağlanmış qazanın dibinə lavaşı sərin, üstünə də toyuq tikələrini düzün. Sonra üzərinə düyünü yığın. Hər düyü qatının üzərinə də kərə yağı gəzdirin. Sonda zoğalın digər hissəsini səpib qoyun dəmlənsin.

Nuş olsun!


baku-art.az
Oxunma sayı : 1311