az
Bütün xəbərlər

İslam Oyunlarına gələnlərə Şah İsmayılın, Şah Qacarın yediyi təamlar təklif ediləcək

12-04-2017, 14:10
İslam Oyunlarına gələnlərə Şah İsmayılın, Şah Qacarın yediyi təamlar təklif ediləcək

Mayın 12-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Müsəlman ölkələrindən gələn idmançılar 10 gün ərzində 20 müxtəlif idman növü üzrə yarışacaqlar. Yarışlarda 57 ölkədən 4 minə yaxın idmançının iştirakı gözlənilir.

Paytaxt Bakıda yarışlar zamanı ölkəyə gələn turistlərin rahatlığının təmin olunması üçün hər bir şərait yaradılıb. Oyunlar həm də ölkəmizin təbliğatı baxımından əhəmiyyətlidir.

Kulinarlarımız Azərbaycan mətbəxinin tanıdılması üçün yaranmış fürsətdən səmərəli istifadə etmək, mətbəximizi dünyaya təbliğ etmək üçün müxtəlif hazırlıqlar görməyi planlaşdırır.

Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru, UNESCO-nun Ənənəvi Qida Komitəsinin rəhbəri Tahir Əmiraslanov deyib ki, Azərbaycana gələn turistlərin yüksək səviyyədə qarşılanması üçün “Xanədan” restoranında hər cür şərait var. “Əvvəllər bizdə daş qazanlar yox idi. Hazırda xörəklər daş qazanlarda bişirilir. Gildə toyuq hazırlanır. Həmçinin limon dolmasının bişirilməsini bərpa etmişik.

Qeyd edim ki, limon dolması iki günə hazırlanır. Bunlarla yanaşı, əvvəlki yeməklərimiz, həmçinin bərpa olunmuş yeməklər də menyuda yer alıb”,- deyə baş kulinar vurğulayıb.

Hər bir restoranın öz menyusu, öz stili olduğunu bildirən T.Əmiraslanov deyib: “İslam Oyunlarına gələnlərə Şah İsmayılın, Qacarın yediyi təamları təklif edəcəyik.

“Xanədan”da Azərbaycanın tarixi yeməkləri olacaq. Şah İsmayıl Xətainin, I Şah Abbasın, Şah Qacarın yeməkləri əvvəlki kimi menyumuzda qalmaqdadır.

Kim tarixi xörəklərimizin dadına baxmaq istəyəcəksə, biz onlara lazımi xidmət göstərəcəyik”.


Baku-art.az
Oxunma sayı : 189