az
Bütün xəbərlər

Bakıda TÜRKSOY-un baş katibinə xatirə medalı təqdim edilib

12-04-2017, 14:02
Bakıda TÜRKSOY-un baş katibinə xatirə medalı təqdim edilib

Qazaxıstanın Azərbaycandakı səfirliyində TÜRKSOY-un baş katibi Düsen Kaseinov və Azərbaycanda Qazaxıstan Mədəniyyət günləri münasibətilə tədbirlərdə iştirak etmək üçün Bakıya gəlmiş Qızıl Orda vilayətinin nümayəndə heyətinin rəhbərliyi ilə görüş keçirilib.

Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayev qeyd edib ki, Qazaxıstan ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ərəfəsində Qazaxıstan səfirliyinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və TÜRKSOY Beynəlxalq Təşkilatının dəstəyi ilə aprelin 12-dən 15-dək respublikanın iki şəhərində - Bakıda və Şəkidə Qazaxıstanın Qızıl Orda vilayətinin Mədəniyyət günləri keçiriləcək.

Görüş iştirakçıları Qazaxıstan artistlərinin Azərbaycan tamaşaçılarına təqdim edəcəkləri proqramı müzakirə ediblər.

Onlar Düsen Kaseinovu 70 illik yubileyi münasibətilə təbrik edərək, türk xalqlarının yaxınlaşmasında, türk dünyasının mədəni dəyərlərinin təbliğində onun böyük rolunu vurğulayıblar.

Görüşdə Dünya Türk Xalqları Konqresinin prezidenti, Qazaxıstanın Dostları Klubunun fəxri üzvü, professor Yəhya Əliyev Düsen Kaseinova türk xalqları qarşısında xidmətlərinə görə xatirə medalı təqdim edib.


baku-art.az



Bakıda TÜRKSOY-un baş katibinə xatirə medalı təqdim edilib

Bakıda TÜRKSOY-un baş katibinə xatirə medalı təqdim edilib


Oxunma sayı : 194