az
Bütün xəbərlər

"Ənənələr və müasirlik - Bakı 2009" III Beynəlxalq fotomüsabiqəsinin qalibləri mükafatlandırılacaq

24-12-2009, 11:33
"Ənənələr və müasirlik - Bakı 2009" III Beynəlxalq fotomüsabiqəsinin qalibləri mükafatlandırılacaq


Yanvarın 13-19-da Muzey Mərkəzinin Rəsm Qalereyasında bu ilin aprelində elan olunmuş Müslüm Eldarov adına "Ənənələr və müasirlik - Bakı 2009" 3-cü beynəlxalq foto müsabiqəsinin ən yaxşı fotolarının sərgisi keçiriləcək. Müsabiqə 8 kateqoriya üzrə keçirilib.
Layihənin koordinatoru İrina Eldarovanın verdiyi məlumata görə, yarışmada 15 ölkədən 200-ə yaxın müəllif iştirak edib. Onlar müsabiqəyə 2000-ə yaxın foto təqdim ediblər. Onların içərisindən ən yaxşı 50 iş 1 min nüsxə ilə buraxılacaq kataloqda yerləşdiriləcək.

Qeyd edək ki, beynəlxalq foto müsabiqə vaxtilə rəssam, Azərbaycan Mədəniyyət Mərkəzinin və HUMAY London qalerayasının yaradıcısı Müslüm Eldarov tərəfindən düşünülüb.

baku-art.az
Oxunma sayı :