az
Bütün xəbərlər

İngiltərədə dünyada ən iri musiqi festivalı açıldı

27-06-2009, 11:00
İngiltərədə dünyada ən iri musiqi festivalı açıldı


İngiltərənin Qlastonberi şəhərinin yaxınlığında dörd gün davam edəcək, dünyada açıq havada keçirilən ən iri musiqi festivalı “Qlastonberi”də 177 minə yaxın tamaşaçı və 300 qrup iştirak edəcək.

“Qlastonberi” ənənəvi olaraq Maykl İvisin fermasında keçiriləcək. Mayklın ferması öz qapılarını festivala ilk dəfə olaraq təxminən 40 il bundan öncə açmışdı.

Xatırladaq ki, 2008-ci ildə festivala Amerikanın hip-hop ulduzu Jay-Z dəvət olunmuşdu. Bu il isə dəvətlilərin siyahısı həqiqətən də ulduzlu oldu. Belə ki, səhnəyə bu dəfə “Franz Ferdinand” və “Spinal Tap” qruplarından başqa, İngiltərənin rok ifaçıları Status Quo və müğənni Tom Jons, Brüs Sprinqstin və Nil Yanq, həmçinin Nik Keyvlə “Bad Seeds” qruppu çıxacaq.

baku-art.az
Oxunma sayı :