az
Bütün xəbərlər

Kitab və mədəniyyət

5-09-2016, 16:47
  	Kitab və mədəniyyət

Mədəniyyətimizin qoşa qanadı olan kitab və kitabxana bir-birindən ayrılmazdır. Kitab və kitabxana arasında olan qarşılıqlı əlaqə qırılmazdır, əvəzedilməzdir. Kitab tarixi cəmiyyət tarixinin xüsusilə mədəniyyət tarixinin ayrılmaz tərkib hissəsidir.

Bəşər övladı yarandığı gündən biliyə can atır, bilik insanın yaşamaq, yaratmaq, inkişaf etmək uğrunda mübarizənin əsas vasitəsidir.Biliksiz insan təbiət və cəmiyyət hadisələrinə mübarizədə gücsüzdür.İnsan yaranır bilmədiyi şeylərdən qorxur,bilik isə hər cür qorxuya qalib gəlməkdə insana kömək edir.Cəmiyyətdə yaşamaq, cəmiyyətin üzvü olmaq, onun inkişafına öz tövhəsini vermək, mənəvi həyatını zənginləşdirmək,tərbiyə və təhsil prosesində yaxından iştirak etmək, elmə yiyələnmək insandan daim yeniləşən,təkmilləşən,daim dinamik inkişafda olan,əsaslı elmi bilik tələb edir.Çünki biliksiz insan təbiət və cəmiyyət qüvvələrinə qarşı mübarizədə olduqca gücsüzdür.Başqa sözlə,biliksiz insanı müharibə meydanındakı silahsız əsgərə bənzətmək olar.

Kitab insana bilik verməklə yanaşı onu tairixi keçmişə aparır,bəşəriyyətin tarixi,keçdiyi yol haqqında,əcdadları haqqında,dünyanın görkəmli alimləri,yazıçıları,incəsənət və elm xadimləri haqqında ətraflı məlumat verir.Görmədiyi,eşitmədiyi şəxsiyyətlər,onların fəaliyyəti ,əsərləri və tərcümeyi-halları ilə tanış edir.Dünyanı təlatümə salan təbiət hadisələri,müharibələr dövlət başçıları,görkəmli sərkərdələrin fəaliyyətini göz önündə canlandırır.Beləliklə,kitab bəşəriyyətə keçmişi xatırlatmaqla bugünü,müasirliyi öyrənməkdə,gələcəyi proqnozlaşdırmaqda kömək edir.

Bir latın məsəlində deyildiyi kimi,kitabların da müqəddaratı vardır.Kitabların müqəddaratı çox zaman insanların müqəddaratından daha heyrətamiz olur.Xalqların və dövlətlərin müqəddaratı kitabların müqəddaratında əks etdirilmişdir.Kitablar nəinki nağıl edib öyrədir,həm də müharibələrdə, inqilablarda dini və elmi mübahisələrdə, toqquşmalarda, müxtəlif ideya və fikirlərin meydana gəlməsində iştirak etmişlər.Kitablar kralları yığmağa kömək etmiş, həm məzlumların həm də zalımların tərəfində müharibə etmişlər.Kitab bütün dini təlimlərin yaranmasında və təbliğində iştirak etmiş, bütün müqəddəs dinlər kitablar şəkilində insanlara təqdim edilmişdir.Yəhudi,xristian,müsəlman dinlərində “Tövrat”,”Bibliya”və “Qurani-Kərim”də kitablar vasitəsilə insanlara çatdırılmışdır.

Kitab bəşəriyyətin yaratmış olduğu fikir və ideyaların, nəzəriyyələrin, konsepsiyaların və elmi kəşflərin uzun bir müddət insanlara çatdırmağın əsas vasitəsidir.Deməli,kitab ancaq coğrafi mənanı yox, həm də zamanı birləşdirir.

Beləliklə,mədəniyyətin ayrılmaz tərkib hissəsi olan kitab və onları toplayıb,qoruyub saxlayan kitabxana olmadan mədəniyyət yaşayıb,inkişaf edə bilmədiyi kimi,cəmiyyət də mədəniyyətsiz yaşaya bilməz,dağılmaq təhlükəsi qarşısında qalar.Bütün bunlar cəmiyyət və mədəniyyət, kitab, kitabxana və cəmiyyət problemlərinin müasir dövrün
əsas, aktual problemlərindən biri kimi dərindən təhlil edib öyrənməyi ön plana çəkir.

“Kitabxanalar xalqın milli sərvətidir”:-Böyük öndər Heydər Əliyevin bu sözləri xalqın tarixi yaddaşını yaşadan,mədəni intibahında, dünyagörüşündə əvəzsiz rol oynayan kitaba və bu dəyəri əsrlərdən- əsrlərə daşıyan mədəniyyət ocaqlarına-kitabxanalara verilən ən yüksək qiymətdir.

Ölkəmiz qədim dövrlərdən başlayaraq öz yüksək kitab mədəniyyətilə seçilib,tanınıb.Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni,ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanılmasında,bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intelektual-mənəvi potensialının artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır.

Bu mədəniyyət ocaqlarında çalışan, ömrünü kitaba həsr edən zəhmətsevər insanlar böyük hömətlərə layiqdir.

Hazırladı:Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanasının informasiya-resurs şöbəsinin müdiri Nilufər Abdulova

baku-art.az
Oxunma sayı : 695