az
Bütün xəbərlər

"Ovsunçu" filmi Beynəlxalq Islam Kinofestivalına gedir

23-06-2009, 13:32
"Ovsunçu" filmi Beynəlxalq Islam Kinofestivalına gedir


Bu ilin sentyabrında Kazanda keçiriləcək V "Qızıl Minbər" Beynəlxalq Islam Filmləri Festivalında Azərbaycan da təmsil olunacaq. Sentyabrın 27-də başlanan festival oktyabrın 4-dək davam edəcək. Tədbir "Mədəniyyətlərin dialoqu vasitəsi ilə dialoq mədəniyyətinə doğru" şüarı altında keçiriləcək. Bu il festivalda nümayiş olunmaq üçün 40 ölkədən 370 film təqdim olunub. Seçim komissiyası iyunun 30-dan işə başlayacaq.

Artıq kinorejissor Oqtay Mirqasımovun çəkdiyi "Ovsunçu" filmi tədbirin təşkilat komitəsinə göndərilib. Qeyd edək ki, bu ekran əsəri Azərbaycanda sovet hakimiyyəti qurulduğu dövrdə baş vermiş hadisələrdən, bu hadisələrin xalqımızın mənəviyyatına təsirindən, totalitar təfəkkürün xalqın şüuruna zorla yeridilməsindən bəhs edir. Filmdə baş rolları Bəxtiyar Xanızadə, Fuad Poladov və Ayan Mirqasımova ifa edirlər.

baku-art.az
Oxunma sayı :