Hərbi xidmət yaşına çatmış gənclərlə görüş keçiriləcək
İyunun 25-də, saat 12:00-da, Nizami rayon Mədəniyyət Mərkəzində hərbi xidmət yaşına çatmış gənclərlə görüş keçiriləcək. Görüşdə vətənpərvərlik mövzusunda söhbət açılacaq. Nizami rayon Mədəniyyət Mərkəzinin direktoru Əbdürrəhman Əmirxanovun verdiyi məlumata görə, görüşə hərbi komissarlığın nümayəndələri dəvət olunacaq.