az
Bütün xəbərlər

Əməkdar artist Aybəniz Haşımova və “Bülbüllər” ilə görüş

25-04-2016, 14:47
Əməkdar artist Aybəniz Haşımova və “Bülbüllər”  ilə görüş

Aprelin 28-də, saat 14.00-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan H.Sarabski adına Mədəniyyət evi "Bizim evin qonaqları" rubrikasında növbəti görüş keçirəcək.

Ə.Bədəlbəyli adına 23 nömrəli 11 illik Musiqi Məktəbində təşkil olunacaq görüşün budəfəki qonağı Azərbaycan Respublikasının əməkdar artisti, dəyərli sənətkar, gözəl xanım, öz məlahətli səsiylə xalqımızı valeh edən Aybəniz Haşımova və onun rəhbərlik etdiyi “Bülbüllər” qrupu olacaq.

Görüşün aparıcısı Nuranə Axundovadır.

baku-art.az
Oxunma sayı : 633