az
Bütün xəbərlər

“Bölgələrdən paytaxta” – layihəsinin növbəti təqdimatı Qusar rayonuna həsr olunub (Foto)

12-04-2016, 10:31
“Bölgələrdən paytaxta” – layihəsinin növbəti təqdimatı Qusar rayonuna həsr olunub (Foto)

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində aprelin 11-də Qusar rayonunun təqdimatı olub.

Tədbir Qusar rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Qusar rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilib.

Əvvəlcə qonaqlar teatrın foyesində təşkil edilmiş Qusarın tarixi-mədəni irsi, adət-ənənələri, şəxsiyyətləri, xalq sənətkarlığı, dekorativ-tətbiqi sənət nümunələri, mətbəxi, sosial-iqtisadi və turizm imkanları, kənd təsərrüfatını əks etdirən sərgi ilə tanış olublar.

Mərasimdə çıxış edən Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bildirib ki, Qusarın təqdimatı “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində sayca 12-ci təqdimatdır. Bu ilin ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini söyləyən nazir Qusar rayonunda multikultural mühitin mövcud olduğunu vurğulayıb. Bildirib ki, orada yaşayan azsaylı xalqların mədəniyyətləri Azərbaycanın mədəniyyətinin tərkib hissəsidir.

Ə.Qarayev diqqətə çatdırıb ki, Qusar rayonu həmçinin Mədəniyyət və Turizm Nazirliyinin “Xalq yaradıcılığı paytaxtları” proqramı üzrə 2016-cı ildə “Azərbaycanın folklor paytaxtı” elan olunub.

Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov qeyd edib ki, “Bölgələrdən paytaxta” layihəsi Qusara və qusarlılara öz mədəniyyətini, folklorunu, turizm potensialını nümayiş etdirmək imkanı yaradıb. Bölgələrdə infrastruktur layihələrinin həyata keçirildiyini söyləyən icra başçısı bildirib ki, Qusarda mədəniyyət abidələrinin bərpa edilməsi, mədəniyyət obyektlərinin maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində işlər görülüb.

Rayonun turizm potensialından danışan Ş.Alxasov bildirib ki, Qusar əsrarəngiz təbiəti olan, müxtəlif növ turizm xidmətlərini təqdim edən rayondur.

Sonra qarşılıqlı hədiyyələr təqdim edilib.

Tədbirdə rayonun sosial-iqtisadi inkişafından, müasir tərəqqisindən, turizm imkanlarından, zəngin mədəniyyətindən bəhs edən video-çarx nümayiş olunub.

Mərasimdə Qusar rayonun bədii kollektivləri konsert proqramı ilə çıxış edib.

baku-art.az

“Bölgələrdən paytaxta” – layihəsinin növbəti təqdimatı Qusar rayonuna həsr olunub (Foto)

“Bölgələrdən paytaxta” – layihəsinin növbəti təqdimatı Qusar rayonuna həsr olunub (Foto)

“Bölgələrdən paytaxta” – layihəsinin növbəti təqdimatı Qusar rayonuna həsr olunub (Foto)

“Bölgələrdən paytaxta” – layihəsinin növbəti təqdimatı Qusar rayonuna həsr olunub (Foto)

“Bölgələrdən paytaxta” – layihəsinin növbəti təqdimatı Qusar rayonuna həsr olunub (Foto)
Oxunma sayı : 1058