az
Bütün xəbərlər

Qəbələnin üçqulaq paxlavası (Fotosessiya)

30-01-2016, 11:15
 Qəbələnin üçqulaq paxlavası (Fotosessiya)

Azərbaycanda paxlavanın müxtəlif növləri vardır - Bakı, Şəki, Gəncə və s... Adətən, paxlavanı romb kimi kəsirlər. Lakin Qəbələ paxlavasını kəsmək lazım deyil, bir-iki dişləmə ilə bitir. Qəbələ paxlavası üçbucaq formasında hazırlandığına görə elə adına da "üçqulaq" deyirlər.

Bu gün sizə Qəbələnin üçqulaq paxlavasının hazırlanma qaydasını təqdim edirik.

Tərkibi:
xəmiri üçün: un, duz, su

içi üçün: qoz, şəkər tozu

qızartmaq üçün: ərinmiş kərə yağı

Hazırlanması:

Əvvəlcə qozu maşından keçirin, şəkər tozu qatın. Un, duz, sudan adi xəmir yoğurun. Qəzet kimi napnazik yayın. Alınmırsa, hazır filo xəmirindən istifadə edin (qat-qat xəmir yox a!). Xəmiri şəridlərə bölün. Üzərinə plyonka çəkin, yoxsa quruyar, bükə bilməzsiniz. Bir şəridi götürüb bir qırağını üçbucaq formasında qatlayın. İç qoyub xəmirin qırağını sıxın. Sonra şəridin qalanını bunun ətrafında elə qatlayın ki, üçbucağın hər tərəfində ən azı üç qat xəmir olsun. Bundan sonra şəriddən artıq qalırsa, bıçaqla kəsin. Barmağınızı isladıb şəridin açıq qalan tərəfini "üçbucağa" yapışdırın. Bu qayda ilə xəmirdən üçqulaqlar hazırlayın. Bunu bişirməmiş də paketə qoyub soyuducuda bir neçə gün saxlaya bilərsiniz. Qonaq gəldi tezcə hazırlayıb ərinmiş kərə yağında üçqulaqları qızardıb isti-isti süfrəyə vermək olar. Onun dadı elə isti olanda çox qəşəngdir.

Nuş olsun!

baku-art.az

 Qəbələnin üçqulaq paxlavası (Fotosessiya)

 Qəbələnin üçqulaq paxlavası (Fotosessiya)

 Qəbələnin üçqulaq paxlavası (Fotosessiya)

 Qəbələnin üçqulaq paxlavası (Fotosessiya)

 Qəbələnin üçqulaq paxlavası (Fotosessiya)

 Qəbələnin üçqulaq paxlavası (Fotosessiya)

 Qəbələnin üçqulaq paxlavası (Fotosessiya)

 Qəbələnin üçqulaq paxlavası (Fotosessiya)
Oxunma sayı : 1232