az
Bütün xəbərlər

Dövlət Bayrağı Muzeyinə təşkil edilmiş ekskursiyalar yekunlaşdı (Fotosessiya)

24-12-2015, 12:57
Dövlət Bayrağı Muzeyinə təşkil edilmiş ekskursiyalar yekunlaşdı (Fotosessiya)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009 - cu il noyabrın 17- də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncam imzalamışdır. Məhz bu sərəncama uyğun olaraq noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı günü kimi təntənə ilə qeyd olunur.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi bu bayramla əlaqədar hər il olduğu kimi bu ildə geniş tədbirlər planı nəzərdə tutmuşdur.

Bu bayram ərəfəsində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi yeni layihəyə start vermişdir. Lahiyədə İdarənin şəbəkəsinə daxil olan müəssisələrin işçiləri üçün il ərzində Dövlət Bayrağı Muzeyinə ekskursiyalar təşkil ediləcək. Bu silsilədən ilk ekskursiya 6 noyabr 2015-ci il tarixində baş tutmuşdur.

Növbəti ekskursiya 24 - dekabr 2015-ci il tarixində oldu. Ekskursiyada Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan musiqi məktəblərinin işçiləri iştirak edib. Ekskursiya zamanı Muzey bələdçisi eksponatlar haqqında ətraflı məlumat verdi.

Ekskursiyanın məqsədi mədəniyyət işçilərini Azərbaycan Respublikasının dövlətçilik tarixi və ənənələri, dövlət rəmzləri ilə bağlı daha dərindən
məlumatlandırmaqdır.

Qeyd edək ki, bu gün 2015-ci il tarixində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Dövlət Bayrağı Muzeyinə təşkil edilmiş son ekskursiyası idi.

baku-art.az

Oxunma sayı : 1097