az
Bütün xəbərlər

Bakıda ikinci beynəlxalq plov festivalı keçiriləcək

8-12-2015, 14:43
Bakıda ikinci beynəlxalq plov festivalı keçiriləcək

Dekabrın 11-də Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə Bakıda ikinci beynəlxalq plov festivalı keçiriləcək.

AMKA-dan bildirilib ki, festivalda Azərbaycanda fəaliyyət göstərən bir sıra ölkələrin diplomatik korpuslarının nümayəndələri iştirak edəcək və hər ölkənin ənənələrinə uyğun düyüdən hazırlanan xörəklər nümayiş olunacaq.

Festivalda Azərbaycan incəsənət ustaları konsert proqramı ilə çıxış edəcəklər.

baku-art.az
Oxunma sayı : 434