az
Bütün xəbərlər

Məsud Əlioğlunun “Darıxan adamlar” kitabının təqdimatı keçirilib

7-11-2009, 11:13
Məsud Əlioğlunun “Darıxan adamlar” kitabının təqdimatı keçirilib

Noyabrın 6-da Azərbaycan Dillər Universitetində ədəbiyyatşünas-tədqiqatçı, yüzlərlə elmi məqalələrin müəllifi Məsud Əlioğlunun “Darıxan adamlar” kitabının təqdimat mərasimi keçirilib.

ADU-nun rektoru, Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, AŞPA-nın vise-prezidenti Səməd Seyidov, millət vəkili, tarix elmləri doktoru Cəmil Həsənli, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev, xalq artisti Nəriman Həsənzadə və Azərbaycan ədəbiyyatının tanınmış simaları tədbirdə iştirak ediblər.

Rektor Səməd Seyidov tədbiri giriş sözü ilə açaraq Azərbaycan ədəbiyyatının dünya ölkələrinin öndə gedən ədəbiyyatları siyahısında olduğunu qeyd edib:

“Tarix boyu Azərbaycan müxtəlif dövlətlərin işğalına məruz qalmış, lakin xalqımız hər zaman öz dilini, mədəniyyətini və ədəbiyyatını qoruyub saxlayıb və inkişaf etdirib”.

ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri Fəridə Şəfiyeva isə Məsud Əlioğlunun həyat və fəaliyyətindən bəhs edib.
Daha sonra Cəmil Həsənli, Nəriman Həsənzadə, şair Seyran Səxavət öz çıxışlarında Məsud Əlioğlu ilə bağlı xatirələrini bölüşüblər. Onlar Nizami Gəncəvidən Səməd Vurğuna qədər Milli ədəbiyyatımızın keçdiyi yol, müxtəlif ədəbi seçmələrin bədii təhlil və tənqidi Məsud Əlioğlu yaradıcılığının əsas istiqaməti olduğunu bildiriblər. Bu baxımdan “Darıxan adamlar” kitabının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Xədicə
Oxunma sayı :