az
Bütün xəbərlər

“Milli mədəniyyətimizin təməli” adlı kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında məqalə müsabiqəsi davam edir

26-10-2015, 17:07
“Milli mədəniyyətimizin təməli” adlı kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında məqalə müsabiqəsi davam edir

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə iyul – dekabr ayları ərzində Azərbaycan Milli Mətbuatının 140 illiyi ilə əlaqədar “Milli mədəniyyətimizin təməli” adlı kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında məqalə müsabiqəsi keçirilir.

Müsabiqənin keçirilməsində məqsəd xalqımızın yüzilliklər boyu yaratmış olduğu yüksək milli-mənəvi dəyərlər, Bakıətrafı qəsəbələrin milli adət-ənənələri, folkloru, görkəmli və tarixi şəxsiyyətlərin həyat və yaradıcılığı, tarixi abidələrin araşdırılması və təbliği, mədəni dəyərlərin qorunaraq gələcək nəsillərə çatdırılması və müvafiq sahədə istedadlı şəxsləri əməkdaşlığa cəlb edərək onların yaradıcılıqlarına dəstək verilməsidir.

Müsabiqənin keçirilmə qaydaları və şərtləri aşağıdakılardan ibarətdir:

Müsabiqəyə 2015-ci ilin iyul ayının 1-dən dekabr ayının 1-dək müddətdə gündəlik çap olunan (dövrü mətbuatda) qəzetlərdə dərc olunan məqalələr təqdim olunmalıdır.

Müsabiqədə iştirak edən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.

Məqalə müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir.

Məqalə təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti;

Məqalə təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

Məqalə təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;

Məqalə çap olunduğu qəzetin 1 nüsxəsində və A4 formatında ayrıca vərəqdə təqdim olunmalıdır.

Məqalənin elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmaqla) təqdim olunmalıdır.

Müəlliflər hər nominasiya üzrə 2-dən artıq məqalə təqdim edə bilməzlər.

Məqalənin həcmi 5 min işarədən çox olmamalıdır.

Məqalələr azərbaycan dilində təqdim olunmalıdır.

Təqdimat prosesində müsabiqə qaydalarının hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və məqalə qəbul edilməyəcək.
Müsabiqə qaliblərinin təqdimat mərasimi dekabr ayında baş tutacaq.

Peşəkar münsiflər heyəti tərəfindən seçilən müsabiqə qalibləri aşağıdakı nominasiyalar üzrə mükafatlandırılacaqlar:

Tarixi abidələr üzrə ən yaxşı məqalə

I yer – Diplom, mükafat və hədiyyə

II yer - Diplom, mükafat və hədiyyə

III yer - Diplom, mükafat və hədiyyə

Folklor və milli adət-ənənələr üzrə ən yaxşı məqalə

I yer – Diplom, mükafat və hədiyyə

II yer - Diplom, mükafat və hədiyyə

III yer - Diplom, mükafat və hədiyyə

Görkəmli və tarixi şəxsiyyətlər üzrə ən yaxşı məqalə

I yer – Diplom, mükafat və hədiyyə

II yer - Diplom, mükafat və hədiyyə

III yer - Diplom, mükafat və hədiyyə

Məqalələr aşağıdakı meyarlar üzrə qiymətləndiriləcəkdir:

- mövzunu dolğun əhatə etmə səviyyəsi;

-faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;

- oxucu üçün informasiyalılıq dərəcəsi;

- ifadə vasitələrinin zənginliyi

- jurnalist yazısının peşəkarlığı

Qeyd edək ki, məqalələr 2015-ci il iyul ayının 1-dən noyabr ayının 15-dək həftənin iş günləri saat 10:00-dan 17:00-dək Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə, İnformasiya və ictimaiyyətlə əlaqələr sektoruna (AZ1000, Bakı şəhəri, Mirzə Şəfi küç 4. Telefon (012) 497-03-55, email: turizm.informasiya@mail.ru ) məqalə müəllifləri tərəfindən şəxsən təqdim olunmalıdır.

Nəzərinizə çatdıraq ki, müsabiqənin bütün qalib məqalələri www.baku-art.az saytında və Mədəniyyət.az jurnalında işıqlandırılacaqdır.

baku-art.az
Oxunma sayı : 1663