az
Bütün xəbərlər

Azərbaycan Balkan kulinariya çempionatında təmsil olunub

29-10-2014, 14:22
Azərbaycan Balkan kulinariya çempionatında təmsil olunub

Belqradda keçirilən Balkan kulinariya çempionatında Azərbaycan yeddi kulinar ilə təmsil olunub.

Çempionatda Azərbaycanın, eləcə də Xorvatiya, Yunanıstan, Türkiyə, Ukrayna, Rusiya, İtaliya, Serbiya, Sloveniya, Rumıniya, Bolqarıstan, Monteneqro və Böyük Britaniyanın kulinarları bacarıqlarını nümayiş etdiriblər.

Kulinarlarımız iki ayrı komanda və 13 fərdi yarışda mətbəximizi təmsil ediblər.Maksim Qalovin 1 gümüş, 3 bürünc, Gülnar Ələsgərova 1 gümüş, Aygül Əsgərova 1 gümüş, 1 bürünc, Aysel Hüseynova 1 bürünc, İlyas Axundzadə 2 bürünc medala layiq görülüblər.

Gənclərin komanda yarışında aşpazlarımız üçüncü, peşəkarların komanda yarışında isə dördüncü yer ilə kifayətləniblər.

Yarış təşkilatçıları Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə məsləhətləşmədən sonra ən təcrübəli iştirakçımız Ziya Şahbazovu münsiflər heyətinə qatdıqları üçün aşpazımız üç fərdi və bir komanda yarışında iştirak etməyib.

baku-art.az
Oxunma sayı : 499