az
Bütün xəbərlər

“Cəfər Cabbarlı Mükafatı”nın təqdimat mərasimi keçirildi (Fotosessiya)

17-09-2014, 13:52
“Cəfər Cabbarlı Mükafatı”nın təqdimat mərasimi keçirildi (Fotosessiya)

Sentyabrın 16-da Yazıçılar Birliyinin Natəvan klubunda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilati dəstəyi, Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyi və ədibin ev-muzeyinin təşkilatçılığı ilə Cəfər Cabbarlı mükafatının 2014-cü il üzrə laureatlara təqdim olunması mərasimi keçirildi.

Təqdimat görkəmli dramaturq, teatr və kino xadiminin 115 illik yubileyinə həsr edilmişdi.

Mərasimi ədibin həyat və yaradıcılığının tədqiqatçısı, filologiya elmləri doktoru Asif Rüstəmli açaraq mükafatın yaranma tarixindən danışdı. Bildirildi ki, mükafat ilk dəfə dramaturqun ev-muzeyinin layihəsi əsasında Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyinin və BP neft şirkətinin sponsorluğu ilə 2001-ci ildə təsis edilib. Həmin ildən bu ənənə davam edir və bir çox elm, sənət adamları bu mükafata layiq görülüblər.

Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxış edərək Cəfər Cabbarlının zəngin ədəbi irsi haqqında fikirlərini bölüşdü, mükafatın önəmli bir hadisə, görkəmli dramaturqun xatirəsinə ehtiram olduğunu vurğuladı. O, bu il çapdan çıxan "Cəfər Cabbarlının tərcümələri" və Türkiyədə işıq üzü görən "Cəfər Cabbarlı" kitablarının dəyərli nəşrlər kimi qiymətləndirərək dramaturqun əsərlərinin külliyyatının çapına ehtiyac olduğunu bildirdi.

Yazıçılar Birliyinin sədr müavini Nazim İbrahimov, qurumun katibi İlqar Fəhmi, Türkiyənin Fırat Universitetinin dosenti Süleyman Kaan Yalçın və digər çıxış edənlər Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatı, kino və teatr tarixində yerindən söz açdılar.

Sonra mükafatlar sahiblərinə təqdim edildi.

Teatr

1. Ağakişi Kazımov – rejissor, respublikanın xalq artisti (Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə)

2. Məleykə Əsədova – aktrisa, respublikanın xalq artisti (Azərbaycan teatrında yaratdığı silsilə qadın obrazlarına görə)

3. Hacı İsmayılov – aktyor, respublikanın xalq artisti (Azərbaycan teatrında yaratdığı obrazlar silsiləsinə görə)

Kino

1. İlqar Fəhmi – yazıçı, kinossenarist (kino yaradıcılığı sahəsindəki xidmətlərinə görə)

2. Səidə Quliyeva – aktrisa, respublikanın xalq artisti (Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə)

Ədəbiyyatşünaslıq

1. Himalay Qasımov – filologiya elmləri doktoru, professor (ədəbiyyatşünaslıq sahəsindəki xidmətlərinə görə)

2.Tahirə Məmməd – filologiya elmləri doktoru, professor (ədəbiyyatşünaslıq sahəsindəki xidmətlərinə görə)

3. Fikrət Rzayev - filologiya elmləri doktoru, professor (ədəbiyyatşünaslıq sahəsindəki xidmətlərinə görə)

4. Gülşən Əliyeva- Kəngərli – filologiya elmləri doktoru, professor (ədəbiyyatşünaslıq sahəsindəki xidmətlərinə görə)

Jurnalistika

1. Zemfira Kürdəxanlı - jurnalist ( Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında hazırladığı silsilə televiziya verilişlərinə görə)

2.Zərəngiz Dəmirçi - Qayalı – şairə (Jurnalistika sahəsindəki xidmətlərinə görə)

Təhsil və mədəniyyət

1. Mirəhməd Əsgərov –İ.Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri (Azərbaycan mədəniyyətinin təbliğindəki xidmətlərinə görə)

2. Səriyyə İsmayılova – Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş redaktoru, əməkdar mədəniyyət işçisi (Azərbaycan mədəniyyətinin təbliğindəki xidmətlərinə görə)

Xüsusi Diplom

Türkiyənin Fırat Universitetinin dosenti, doktor Süleyman Kaan Yalçın( Azərbaycan – Türkiyə ədəbi- mədəni əlaqələrinin inkişafındakı xidmətlərinə görə)

Təqdimatın sonunda muzeyin direktoru Qəmər Seyfəddinqızı çıxış edərək mükafat alanları təbrik etdi.

baku-art.az

Oxunma sayı : 1200