az
Bütün xəbərlər

Qutab (Fotosessiya)

24-06-2014, 10:42
Qutab (Fotosessiya)

Milli mətbəximiz son dərəcə zəngindir. Azərbaycan mətbəxində 2000-ə yaxın xörək məlumdur. Azərbaycan xörəkləri yüksək dad-tam keyfiyyətləri ilə dünyada məşhurdur.

Qeyd edək ki, havalar istiləşdikcə süfrələrdə ət və xəmir xörəklərinin sayı azalır yabanı bitkilərdən hazırlanan xörəklərin sayı artır.

Cincilim, ispanaq, çuğundur yarpağı, nanə, badımcan, pomidor və s.-dən "qutab", "dovğa", "əcəb-sandal" və s. xörəklər və müxtəlif salatlar hazırlanır.

Bugünkü söhbətimiz undan hazırlanan xörəyimiz olan qutabdan olacaq. Qədim Azərbaycan mətbəxinə aid qutab daha sonra Qafqaz və yəhudi mətbəxinə daxil olub. Qutabın çox sayda növü vardır : Göyərti qutabı (qatıqla), Göyərti ilə kəsmik qutabı (narlı və ya zirincli), Qarın qutabı (narlı və ya zirincli), Balqabaq qutabı (narlı və ya zirincli), Corat qutabı, Qutab quzu əti ilə (narlı və ya zirincli), Dəvə qutabı (narlı və ya zirincli) və.s.

Qutabın hazırlanması çox asandır. Una yumurta, su, duz və maya qatılıb xəmir yoğrulur. Xəmir gəldikdən sonra kündələnib 2mm qalınlığında kiçik dairələrə yayılır. Arasına zövqə görə göyərti, ət və s. qiymə qoyulub aypara şəklində bükülür və hər iki üzü sacın qabarıq tərəfində bişirilir.

Süfrəyə verdikdə isə qutabın üzərinə sumax, ərinmiş kərə yağı tökülür, yanına isə qatıq əlavə edilir.

baku-art.az

Qutab (Fotosessiya)

Qutab (Fotosessiya)

Qutab (Fotosessiya)

Qutab (Fotosessiya)

Qutab (Fotosessiya)

Qutab (Fotosessiya)

Qutab (Fotosessiya)

Qutab (Fotosessiya)

Qutab (Fotosessiya)

Qutab (Fotosessiya)

Qutab (Fotosessiya)

Qutab (Fotosessiya)
Oxunma sayı : 9659