az
Bütün xəbərlər

Fransanın “Maison” portalında Azərbaycan mətbəxinin zənginliyindən bəhs edən məqalə yerləşdirilmişdir

18-06-2014, 11:19
Fransanın “Maison” portalında Azərbaycan mətbəxinin zənginliyindən bəhs edən məqalə yerləşdirilmişdir

Fransanın “Maison.com” internet portalında Azərbaycan mətbəxinin zənginliyindən bəhs edən “Azərbaycan: minillik ənənəli mətbəx” sərlövhəli məqalə yerləşdirilmişdir.

Məqalədə azərbaycanlı ekspert Leyla Rəhmanovanın tərtib etdiyi və fransız dilində çap olunan “Azərbaycan mətbəxi” kitabında zənginliyi və müxtəlifliyi ilə diqqəti cəlb edən mətbəximiz barədə fransız oxuculara ətraflı məlumat verildiyi qeyd olunur.

Yazıda müxtəlif çeşidli yeməklərimizin hazırlanması qaydaları haqda da geniş məlumat verilir.

Məqalədə ətdən müxtəlif yeməklərin hazırlandığı, onların arasında dolmanın Azərbaycan mətbəxində xüsusi yeri olduğu, xalqımıza məxsus dolmanın Orta Asiyada, Qafqaz, Balkanlar, Şimali Afrika və digər bölgələrdə geniş yayıldığı, onun üzüm yarpağı, kələm və badımcandan hazırlanan növünün də olduğu bildirilir.

Məqalənin tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

www.maison.com/cuisine/nouveau/azerbaidjan-cuisine-tradition-millenaire-7923/

baku-art.az
Oxunma sayı : 608