Mayın 13-də, saat 13.30-da, Nizami adına Mədəniyyət Mərkəzində dahi dramaturq C.Cabbarlının 111-ci ildönümü ilə əlaqədar olaraq ədəbi-bədii kompozisiya keçiriləcək.
Mayın 12-də, saat 11.00-da, “Park İnn” otelində Türkmənistan səfirliyinin Türkmənistanın Milli turistik zonası “Avaz”a həsr edilmiş təqdimat mərasimi keçiriləcək.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə Xocalı soyqırımına həsr olunmuş respublika sərgi-müsabiqəsi elan edib.
Səngəçal qəsəbə kütləvi kitabxanasında “Faşizm qurbanlarının xatirəsi unudulmazdır” başlığı altında kitab sərgisi və ədəbi-bədii gecə keçirildi, həmçinin müharibə veteranı Davud Məmmədovla səyyar görüş təşkil olundu.
Mayın 15-də, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi Bilgəh qəsəbəsində yerləşən Qocalar evində Beynəlxalq Ailə Günü münasibətilə konsert proqramı təqdim edəcək və Qocalar evinin sakinləri üçün bayram süfrəsi açacaq.
Mayın 14-də, saat 15.00-da, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Ş.Ələkbərova adına 20 saylı uşaq musiqi məktəbinin yekun konsert proqramı təqdim olunacaq.
Mayın 10-da "Buta" sarayında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə təntənəli mərasim keçirilib.