XƏBƏRLƏR
MƏLUMAT
Zirə qəsəbə Mədəniyyət Mərkəzi “Tarixin şanlı səhifəsi” adlı tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
29/05/2019 13:39

Mayın 28-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zirə qəsəbə Mədəniyyət Mərkəzi 28 may Respublika günü ilə əlaqədar olaraq “Tarixin şanlı səhifəsi”adlı tədbir keçirib.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə tədbir açıq elan edilib və Mərkəzinin mədəni-kütləvi tədbirlər üzrə təşkilatçısı N.Həsənova çıxış edərək bildirib ki, Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib. Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Məhəmməd Əmin Rəsulzadənin, Həsən bəy Ağayevin, Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliğa Şıxlinskinin və başqalarının böyük xidmətləri olub. Təssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti devrilib. 70 illik Sovet boyunduruğundan xilas olduqdan sonra 1991-ci ildə Azərbaycan öz müstəqilliyini qazanıb.

Sonra Mərkəzin “Nur” özfəaliyyət ansamblının təqdimatında “Rüstəmi”, ”Köstəbək”, ”Ləzginka”, “Şalaxo”, ”Xançobanı”  rəqsləri nümayiş edilib, “Rəqs” kursu şagirdlərinin əl işlərinə baxış keçirilib, balacaların təqdimatında B.Vahabzadənin “Vətən”, “Azərbaycan” şeirləri səslənib.  

Mərkəzin “Fortepiano” kursunun rəhbəri Fəridə xanımın pianoda müşayiəti ilə Azərbaycan xalq rəqsi “Brilyantı”, “Nazəndə sevgilim” mahnıları hər kəsin zövqünü oxşayıb. Təşkilatçı N.Həsənova 28 May Respublika günü münasibətilə təşkil olunmuş tədbirdə aktiv iştiraklarına görə “Rəsm” kursunun tələbələrini diplomlarla mükafatlandırıb.

Sonda “Fortepiano” kursunun şagirdlərindən təşkil olunmuş xorun təqdimatında “Yaşa, Azərbaycan!” ifa olunub.

Baxış sayı: 56218