XƏBƏRLƏR
MƏLUMAT
Zirə qəsəbə Mədəniyyət Mərkəzi “Dahi Şəxsiyyət” adlı tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2019 14:17

Mayın 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zirə qəsəbə Mədəniyyət  Mərkəzində Ümumilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü ilə əlaqədar olaraq “Dahi Şəxsiyyət” adlı tədbir keçirilib.

Ulu öndərin büstü qarşısına əkili qoyularaq, ruhu qarşısında baş əyilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib

Zirə qəsəbə Mədəniyyət Mərkəzinin bədii rəhbəri M.Rüstəmova təbiri açıq elan edib və qonaqları salamlayıb.

Mədəni-kütləvi tədbirlər üzrə təşkilatçı N.Həsənova Ulu öndərin həyat və fəaliyyətindən söhbət açıb. Çıxışında bildirib ki, bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb. Təsadüfi deyildir ki, onun atdığı addımlar, irəli sürdüyü problemlər, qəbul etdiyi qərarlar, söylədiyi fikirlər öz aktuallığı, düzgünlüyü və obyektivliyi ilə siyasət aləminin patriarxı adını qazanıb.

Sonra Zirə qəsəbə Mədəniyyət Mərkəzinin Rəsm kursu şagirdlərinin əl işlərinə baxış keçirilib. “Bakının İşıqları” rəqs kollektivinin təqdimatında “Rüstəmi”, “Nəlbəki”, “Qaval”, “Qarabağ”,“İlk bahar”, “Köstəbək” rəqsləri nümayiş etdirilib. Fortepiano kursunun şagirdlərinin ifasında “Ağ çiçəyim”, “Bakı”, “Yaz yağışı” mahnıları ifa olunub.Toxuculuqla məşğul olan Mehriban xanımın əl işləri sərgilənib.Riyaziyyat kursunun şagirdlərinin təqdimatında H.Əliyevin müdrik kəlamları səsləndirilib.

Sonda Ulu öndərin həyat və fəaliyyətini əsk etdirən kitab sərgisinə baxış keçirilib və “Xalq Heydər söyləyəcək” mahnısı ifa edilib.

Tədbirdən sonra isə Gül bayramı münasibətilə Zirə qəsəbə Mədəniyyət Mərkəzinin parkında Rəsm kursu şagirdləri ilə birgə güləkmə mərasimi keçirilib.

 

Baxış sayı: 26956