XƏBƏRLƏR
MƏLUMAT
Zığ qəsəbə Mədəniyyət evi 28 May-Respublika günü münasibəti ilə konsert keçirib
ÜMÜMİ XƏBƏRLƏR
29/05/2019 09:25

Mayın 27-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zığ qəsəbə Mədəniyyət evi 28 May - Respublika Günü münasibəti ilə Fövqəladə Hallar Nazirliyinin akademiyasında konsert keçirib.

Tədbiri giriş sözü ilə açan aparıcı Hədiyyə Əliyeva şəxsi heyəti və gələn qonaqları salamlayıb, hər kəsi bayram münasibətilə təbrik edib.

Hərbçilər qarşısında çıxış edən müğənnilər İlahə Əliyeva, Rəşid Qarayev, Rasim Mustafazadə Zığ qəsəbə Mədəniyyət evinin «Köhnə Bakı» rəqs ansamblı maraqlı ifaları, gözəl rəqs nömrələri ilə əsl bayram əhval-ruhiyyəsi yaradıblar.

Sonda hərbçilər tədbir təşkilatçılarına dərin minnətdarlıqlarını bildiriblər.

 

Baxış sayı: 22743