XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası “Zərrə mənəm...” adlı dəyirmi masa təşkil edib
ÜMÜMİ XƏBƏRLƏR
13/06/2019 14:26

İyunun 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin Mərkəzi Kitabxananın əməkdaşları 38 saylı tam orta məktəbdə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Zərrə mənəm...” adlı dəyirmi masa təşkil ediblər.

Kitabxananın metodisti İradə Hüseynova bildirib ki, böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar kitabxanada silsilə tədbirlər həyata keçirilir.

Məktəb kitabxanasının müdiri Səbinə Abbasova il ərzində Mərkəzi Kitabxana ilə əməkdaşlıqlarından söhbət açıb, məktəbin müəllimləri Şəmistan Cəfərova, Nəzakət Seyfəlova İ.Nəsiminin Azərbaycan ədəbiyyatında tutduğu yerdən danışıblar.

Sonda şagirdlər Nəsiminin qəzəllərini səsləndiriblər.

Baxış sayı: 81412