XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edib
ÜMÜMİ XƏBƏRLƏR
12/06/2019 16:20

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birlikdə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edib.

Universitetin elm və yaradıcılıq işləri üzrə prorektoru Məryəm Əlizadə tədbiri açıq elan edərək iştirakçıları salamlayıb. Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova ölkəmizdə 1992-1993-cü illərdə baş verən  hadisələrdən, ulu öndər Heydər Əliyevin bu yöndə atdığı addımlardan danışıb. Dünya Azərbaycanlılarının Həmrəyliyi Cəmiyyətinin prezidenti Tofiq Əlizadə Azərbaycanın inkişafından söhbət açdı. “Azərkitab” Kitab Təbliğatı Mərkəzi layihəsinin rəhbəri Mirisrafil Sabir Həsənov Ulu öndərin siyasi fəaliyyətindən bəhs edən kitablardan məlumat verib.

Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Məleykə Həsənova, kulturologiya üzrə fəlsəfə doktoru Xaləddin Sofiyev,  Kitabxana-İnformasiya Mərkəzinin müdiri Tamilla Əsgərova, biblioqraf Səbinə Quliyeva, kitabxana-informasiya fəaliyyəti üzrə müəllim Aysel Həsənova çıxış  ediblər.

Beynəlxalq müsabiqələr laureatı İslam Qasımov “Azərbaycan”, Sabunçu rayon 67 saylı  tam orta məktəbin X sinif şagirdi Nuray Məmmədli “Ay çiçək”,  Nərimanov rayonu 93 saylı tam orta məktəbin VII sinif şagirdi Mehman Ağazadə isə “Ana Kür”  mahnılarını ifa edib. 

Mərkəzi Kitabxananın metodisti İradə Hüseynova əməkdaşlığa görə universitetin rəhbərliyinə təşəkkürünü bildirib.

Baxış sayı: 54466