XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası “Kitab oxumaq bizə nə öyrədir” adlı tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2019 14:16

Mayın 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşları oxucunun mütaliəsini istiqamətləndirmək, oxu dairəsini genişləndirmək məqsədilə Yasamal rayon 225 saylı  tam orta məktəbin 8c sinfində “Kitab oxumaq bizə nə öyrədir” adlı tədbir keçirib. Xidmət şöbəsinin müdiri Yeganə Qafarova, Uşaq şöbəsinin müdiri Sevil Namazova və böyük metodist İradə Hüseynova kitabın keçmişimizi, zəngin mədəniyyətimizi bizə çatdırdığını söyləyib.

Sonra mövzu ilə əlaqədar uşaqlar arasında sorğu keçirilib. Sorğu nəticəsində şagirdlərin dünya ədəbiyyatına daha çox üstünlük vermələri müəyyən olunub. Onlar Aqata Kristi, Stiven Kinq, Conatan Svift, Jül Vern, Tomas Mann və digər müəlliflərin də əsərlərini oxuduqlarını söyləyiblər.

Sinif rəhbəri Şəfəq Bağırova şagirdlərin dünyagörüşünün formalaşmasında və mütaliənin təbliğində kitabxanaların rolunu yüksək qiymətləndirərək kitabxana əməkdaşlarına öz təşəkkürünü bildirib.

Sonda kitabxana əməkdaşları tərəfindən şagirdlərə kitablar hədiyyə olunub.

 

Baxış sayı: 45570