XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası açıq havada “Ucadan oxu” tədbiri keçirib
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2019 14:25

Mayın 13-də  Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi “Balaca alim” məktəbəqədər tərbiyə müəssisəsində “Ucadan oxu” tədbiri keçirib.

“Ucadan oxu” açıq havada təşkil olunub.

İlk olaraq Uşaq şöbəsinin müdiri Sevil Namazova balacalara uşaq yazarı Sevinc Nuruqızının “Xeyirxah parabüzən” nağılını oxuyub.

Sonra uşaqlar şeirlər söyləyib və mahnılar ifa ediblər.

Sonda uşaqlar kitabxananın təşkil etdiyi uşaq kitablarından ibarət sərgi ilə tanış olublar.

Baxış sayı: 44188