XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon MKS-nin 3 saylı filialında gənc şair Amil Bəxtiyarla görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
17/05/2019 15:30

Mayın  17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin 3 saylı filialında Laçın rayonun işğalı ilə əlaqədar gənc şair Amil Bəxtiyarla görüş keçirilib.

İlk olaraq şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra kitabxana filialının müdiri Arzu Xudayarova Laçın rayonu və onun işğalı haqqında məlumat verib.

Tədbirdə gənc şair Amil Bəxtiyar yeni nəşr olunmuş “Dərdimi yazan olaydı” adlı kitabını oxuculara təqdim edib və şairin  vətənpərvərlik mövzusunda yazılmış şerləri səsləndirilib.

158 saylı tam orta məktəbin 8c sinif şagirdləri arasından “ən yaxşı ifaçı” kimi Aynur Fərhadovaya, İlahə Quliyevaya, Yelena Qədirovaya, Zöhrə Həsənovaya, Rəhimə Qurbanovaya, Lamiyə Bayramovaya və məktəbin müəllimi Vəsilə İbrahimovaya şairin imzalı kitabları hədiyyə edilib.

Baxış sayı: 72479