XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzində “Şuşasız 27 il” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
08/05/2019 11:32

Mayın 7-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində “Şuşasız 27 il” adlı tədbir keçirilib.

Şuşa şəhər 1 saylı və 176 saylı tam orta məktəblərin şagird və müəllim kollektivi tədbirdə iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Mərkəzin “Muzey” bölməsində yerləşən Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər. Daha sonra Şuşanın işğalı zamanı şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin baş fond mühafizi Azər Zeynalzadətədbiri giriş sözü ilə açaraq,Şuşa şəhəri haqqında ətraflı məlumat verib və bildirib ki, “1992-ci ilin mayın 8-də biz Şuşamızı itirdik, Qarabağ dedikdə ağlımıza ilk olaraq Şuşa gəldiyi üçün Şuşanı Qarabağın mənəvi paytaxtı adlandırmaq olar və bir gün torpaqların sülh yolu ilə qaytarılacağına inanıram” - deyə vurğulayıb.

Şuşa şəhər 1 saylı tam orta məktəbin müəllimi Cəmilə Zeynalova çıxışında 1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələrinin Şuşa şəhərinə hücuma keçməsindən, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələrinin bu şəhərdə Azərbaycan xalqının tarixi izlərini silməsindən, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmasından, “Qafqazın cənnəti” adlandırılan yerlərin xarabazara çevrilməsindən bəhs edib.

Tədbirin bədii hissəsində “Azərbaycanın Incisi Şuşa” adlı film nümayiş olunub,Şuşa şəhər 1 saylı tam orta məktəb şagirdləri hazırladıqları kompozisiyada Şuşa şəhərinin müdafiəsi zamanı həlak olan döyüşçülərin həyatları və döyüş yolları haqqında məlumatlar veriblər, qəhrəmanlıqlarına həsr olunmuş şeirlər, musiqi parçaları səsləndiriblər.

Baxış sayı: 8604