Yasamal rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

Mayın  6-da  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal  rayon  Heydər  Əliyev  Mərkəzində Azərbaycan xalqının ümummilli  lideri  Heydər  Əliyevin anadan olmasının  96-cı ildönümünə həsr olunmuş  tədbir  keçirilib.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, AMEA-nın Erkən dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor Mahirə Quliyeva, A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professorCəbi Bəhrəmov, AMEA-nın Fəlsəfə İnstitutunun İdrak nəzəriyyəsi şöbəsinin müdiri professor Füzuli Qurbanov, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xədicə İsgəndərova, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektivi, KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Mərkəzin foyesində Ümumilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar   keçirilmiş rəsm müsabiqəsi qaliblərinin əl işlərindən  ibarət sərgiyə baxış  keçirilib. Sonra Mərkəzin “Muzey”  bölməsində yerləşən ulu öndər Heydər Əliyevin büstü  önünə   gül  dəstələri  qoyularaq,  əziz  xatirəsi  yad  edilib.

Azərbaycan  Respublikasının  Dövlət  himni  səsləndikdən sonra Yasamal  rayon  Heydər  Əliyev Mərkəzinin direktoru Naminə Ömərova çıxış edərək, Azərbaycan  xalqının  taleyüklü  məsələlərinin  həllində  müstəsna  xidmətləri  olan  tarixi  şəxsiyyət,  görkəmli  dövlət  və  ictimai xadim  Heydər Əliyevin  şəxsiyyəti  və  onun  ölkəyə  rəhbərlik etdiyi dövrdə həyata  keçirdiyi   xidmətlərindən   danışıb və bildirib ki, ulu öndərin əziz xatirəsi Azərbaycan  xalqının  qəlbində  daim  yaşayacaq.

Daha sonra Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Ulu  öndərin həyat  və  fəaliyyətindən   bəhs edən film nümayiş olunub.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının  müavini Təravət Muradova  çıxışında Ulu öndərin böyük əməyi, zəhməti nəticəsində bu gün milli mənəviyyatımız dirçəlib, milli özünüdərketmə formalaşıb, gənclərimizdə vətənpərvərlik hissi daha da yüksəlmişdir deyə qeyd edib.

AMEA-nın Erkən dövr Azərbaycan Ədəbiyyatı şöbəsinin müdiri, professor   Mahirə  Quliyeva, AşBakıxanov adına Tarix İnsitutunun  elmi  işlər üzrə direktor müavini professorCəbi Bəhrəmov, AMEA-nın Fəlsəfə İnstitutunun İdrak  nəzəriyyəsi şöbəsinin  müdiri, professor Füzuli Qurbanov, AMEA-nın Nizami adına Ədəbiyyat  İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xədicə İsgəndərova çıxışlarında ümummilli liderin xidmətlərini vurğulayaraq, ərazi baxımından kiçik bir dövlət olan Azərbaycanın Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində böyük uğurları ilə dünyanın diqqət mərkəzində olduğunu diqqətə çatdırıblar. Ulu Öndər Heydər Əliyevin möhkəm siyasi iradəsi sayəsində həyata keçirdiyi dərin islahatların bugünkü modern və dayanıqlı inkişaf yolu ilə gedən Azərbaycan Respublikasının qlobal miqyasda öz layiqli yerini tutmasında müstəsna rol oynayıb.

Tədbirin  sonunda Azərbaycan xalqının ümummilli  lideri  Heydər  Əliyevin  96-cı  ildönümü ilə əlaqədar Yasamal rayonunda fəaliyyət göstərən məktəblərin şagirdləri arasında  keçirilmiş  rəsm və şer müsabiqəsi qaliblərinə diplomlar, Heydər Əliyev Mərkəzində keçirilən tədbirblərdə  fəal iştirakına  görə   müəllim  və  şagirdlərə fəxri fərmanlar  təqdim olunub.