XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda açıq dərs keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2019 08:54

Mayın 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsininYasamal rayon Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda açıq dərs keçirilib.

Açıq dərsdə Akademik Zərifə Əliyeva adına liseyin və 225 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər. 

İlk olaraq məktəblilər Mərkəzin “Muzey” bölməsi ilə tanış olublar, ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək büstün önünə gül dəstələri qoyublar.Açıq dərs Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə Mərkəzin böyük elmi işçisi Arifə Mustafayeva açaraq müstəqil Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizin inkişafı üçün gördüyü mühüm işlərdən, dahi siyasətçinin dövlətçiliyimizin möhkəmləndirilməsi və iqtisadiyyatın inkişafında əvəzsiz xidmətlərindən bəhs edib.

Akademik Zərifə Əliyeva adına liseyin tarix müəllimi Pərviz Ağalarov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu illərdə ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olub. Ulu öndərin siyasi kursu hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilir. 

Dərs zamanı ulu öndər Heydər Əliyevin mənalı və şərəfli ömür yolundan bəhs edən fotolardan ibarət slayd nümayiş olunub,

şagirdlərin təqdimatında ulu öndərə həsr olunmuş şeirlər səsləndirilib.

Sonda Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında film nümayiş olunub.

 

Baxış sayı: 34531