XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
ÜMÜMİ XƏBƏRLƏR
29/05/2019 14:15

Mayın  29-da  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal  rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib.

Filmi Yasamal rayon 60 saylı tam orta məktəbin rus bölməsinin 9-cu sinif şagirdləri və həmin məktəbin tarix müəllimi Səbuhi Quliyev  izləyib.

Rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül olan “Dərs” filmi  2015-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılıb. Ekran əsəri uşaqların məktəb və şəxsi həyatlarından bəhs edib.

Filmdə əsas rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Camal İbrahimov və Kamal İbrahimov ifa ediblər. Ekran əsəri məktəb həyatından, yeniyetmə məktəblilərin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs edib.

Filmin sonunda müəllim və şagirdlər arasında mövzu ilə bağlı diskussiya keçirilib.

Baxış sayı: 66922