XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzində “Dərs” filminin nümayişi olub
ÜMÜMİ XƏBƏRLƏR
31/05/2019 09:14

Mayın  30-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal  rayon Heydər Əliyev Mərkəzində “Dərs” filminin nümayişi olub.

İlk öncə  tədbir  iştirakçıları Mərkəzin “Muzey” bölməsində  yerləşən ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib, əziz  xatirəsini yad ediblər.

Tədbiri giriş sözü ilə Mərkəzin baş fond mühafizi Azər Zeynalzadə açaraq qonaqları salamlayıb və tədbir haqqında ətraflı məlumat  verib.

Filmi teatr və kino aktyoru, rejissor, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Rafiq Əliyev, Yasamal rayon 153 və 158 saylı tam orta məktəblərin şagirdləri və pisixoloq müəllimləri Almaz Qasımova və Zeynəb Rəfiyeva izləyiblər.

Filmin rejissoru Rafiq Əliyev çıxışında Cavid  Təvəkküllə birlikdə rejissoru olduğu “Dərs” filmimim 2015-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırıldığını,  əsərin uşaqların məktəb və şəxsi həyatlarından bəhs olunduğunu bildirib. Filmdə əsas rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Camal İbrahimov və Kamal İbrahimov ifa ediblər. Ekran əsəri məktəb həyatından, yeniyetmə məktəblilərin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs edib.

Pisixoloq müəllimi  Almaz Qasımova çıxışında “Davranış qaydaları şagirdlərə öyrədilərkən, onların psixologiyası nəzərə alınmaqla, müşahidə və fəallığın dialektiv vəhdət təşkil etməsinə nail olmalıdır. Çünki şagirdin gələcəkdə cəmiyyətin fəal üzvü olması və qanunlara əməl etməsi üçün elə məktəb dövründə sadədən-mürəkkəblə, fərdidən ümumiyə doğru inkişaf etdirilməlidir” - deyə bildirib.

Filmin sonunda mövzu ilə bağlı diskussiya keçirilib.

Baxış sayı: 23190