XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzində 9 May - Qələbə Günü münasibəti ilə tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/05/2019 16:21

Mayın  3–də  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində “9 May - Qələbə Günü” münasibətilə tədbir keçirilib.Tədbirdə Yasamal rayon İcra Hakimiyyətininİctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Nazilə Rəhimova,Yasamal rayon İcra Hakimiyyətininİctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Azad Niyazov,Yasamal  rayonu  Müharibə, əmək və silahlı qüvvələr veteranları təşkılatının sədri Vaqif Məmmədov, “Qarabağ müharibəsi əlilləriveteranları və şəhid ailələri” İctimai Birliyinin Yasamal rayon şöbəsinin sədri Bəhram Şeydayev, böyük vətən müharibəsi veteranları və Azərbaycan Dövlət Pedaqoji kollecin müəllim və tələbə kollektivi iştirak ediblər. Qonaqlar tədbirdən əvvəl Mərkəzin “Muzey” bölməsi ilə tanış olub, ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə Mərkəzin Baş fond mühafizi  Azər Zeynalzadə açaraq bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci dünya müharibəsində faşizm üzərində tarixi qələbəyə Azərbaycan xalqının da sanballı töhfələr verdiyini bildirib. 

Yasamal  rayonu  Müharibə, əmək  və  silahlı  qüvvələr   veteranları təşkılatının  sədri Vaqif  Məmmədov və “Qarabağ müharibəsi əlilləriveteranları və şəhid ailələri” İctimai Birliyinin Yasamal rayon şöbəsinin sədri Bəhram Şeydayev öz çıxışlarında İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut etdi və müharibədə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri yaddaşlardan silinmədiyini, bu qəhrəmanlığın gənc nəslə vətənpərvərlik nümunəsi olduğunu vurğulayıb.

Böyük vətən müharibəsi veteranları öz çıxışlarında, ikinci dünya müharibəsində SSRİ-nin qazandığı şanlı qələbədə çox böyük payı olan müharibə veteranlarının Prezident İlham Əliyevə onlara göstərdiyi yüksək diqqətə və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonda II dünya müharibəsinə həsr olunmuş film nümayiş olunub.

Baxış sayı: 27958