Yasamal rayon Heydər Əliyev Mərkəzində 28 May Respublika Günü qeyd edilib

Mayın 24–də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal  rayon  Heydər Əliyev  Mərkəzində  28  may - Respublika gününə  həsr  olunmuş  tədbir  keçirilib.

Tədbirdə Yasamal rayon 52 və 53 nömrəli tam orta məktəblərin müəllim və şagird  kollektivi iştirak ediblər.

Tədbirə Mərkəzin “Muzey” bölməsində yerləşən ulu öndər Heydər Əliyevin büstünün ziyarəti və əziz xatirəsinin yad  edilməsi ilə başlanılıb.

Azərbaycan  Respublikası  Dövlət  Himninin  səsləndirilməsindən sonra, Mərkəzin baş fond mühafizi Azər Zeynalzadə tədbiri giriş sözü ilə açaraq, Azərbaycan  xalqının milli azadlıq mübarizəsi nəticəsində Şimali Azərbaycanda müstəqil dövlətin və müsəlman Şərqində ilk parlament respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması,gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərməsi, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və başqa sahələrdə həyata keçirdiyi işlər haqqında məlumat verib.

Daha sonra 52 nömrəli tam orta məktəbin tarix müəllimi Ramiz Nəcəfli öz çıxışında 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmasından  və  həmin tarixin respublika günü kimi qeyd edilməsindən danışıb.

53 nömrəli  tam orta  məktəbin tarix müəllimi Şair Quliyev öz  çıxışında Azərbaycan xalqının müstəqillyini elan edən AXC-in ilk dəfə olaraq ölkəmizi beynəlxalq münasibətlərin iştirakçısına və beynəlxalq hüququn subyektinə çevirdiyini bildirib.

Tədbirdə  şagirdlər  Respublika   gününə  və  dövlətçiliyimizə  həsr  olunmuş  şeirlər səsləndiriblər.

Sonda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyətindən bəhs edən film  nümayiş  olunub.